Ötən gün mən İrəvanda rəsmi səfərdə olan Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşdüm və Azərbaycanın genişmiqyaslı hücumu ilə bağlı mövqeyimizi ona təqdim etdim.
Moderator.az erməni mediasına istinadla xəbər verir ki, bu sözləri Ermənistan Prezidenti Serj Sərkisyan İrəvanda Karen Dəmirçiyan kompleksində qondarma soyqırımla bağlı keçirilən forumdakı fasilə zamanı ictimaiyyət nümayəndələri ilə görüşündə deyib.
Sərkisyan vurğulayıb ki, 1994-cü il atəşkəsindən sonra münaqişənin dinc yolla nizamlanacağına ümid etmələrinə baxmayaraq, Azərbaycan aprel savaşı ilə güzəştə hazır olmadığını göstərdi:
“Biz əmin idik ki, bu münaqişə sülh yolu ilə, güzəştlərlə həllini tapacaq. Ancaq bu gün tamamilə başqa reallıq ortaya çıxıb. Ona görə də biz vasitəçilərə deyirik ki, aqressorun adını çəkin ki, bundan nəticə çıxarsın və gələcək danışıqlara imkan yaransın”.
Sərkisyan bundan sonrakı addımlarla bağlı məsləhətləşmələrin aparıldığını deyib.