Rusiya oliqarxları paralarını Ukraynaya yatırmağa hazırdır...-Bir şərtlə...

25-05-2022, 11:25           
Rusiya oliqarxları paralarını Ukraynaya yatırmağa hazırdır...-Bir şərtlə...
Rusiyalı oliqarxlar Qərbin sanksiyaları siyahısından çıxarılmaq üçün öz aktivlərinin bir hissəsini Ukraynaya verməyə hazırdırlar.
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Handelsblatt" qəzeti yazıb.
Kanada Maliyyə Nazirliyinin rəhbəri Kristi Frilandın sözlərinə görə, onu Rusiya Federasiyasının başlatdığı müharibəni tənqid edən Rusiya oliqarxları zəng edir, lakin Kremldən repressiya təhlükəsi üzündən danışa bilmirlər.
Friland deyir ki, onlar ona aşağıdakı sövdələşməni təklif ediblər: aktivlərin əhəmiyyətli hissəsini Qərbə ötürürlər və bunun müqabilində onlar sanksiyalar siyahısından çıxarılır. Hazırda oliqarxlarla danışıqların ilkin mərhələdə olduğu qeyd edilir.

Sultan Laçın












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru