Medvedçuk keçmiş hökumət üzvlərini "satıb" - Sabiqlər məhkəməyə çağrılıb

25-05-2022, 15:41           
Medvedçuk keçmiş hökumət üzvlərini "satıb" -
Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) keçmiş daxili işlər naziri Arsen Avakov, keçmiş baş nazir Arseni Yatsenyuku və Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Aleksandr Turçinovu dindirməyə çağırıb. Bu, Medvedçukun Poroşenkonun “kömür biznesi” ilə bağlı verdiyi ifadə ilə əlaqədardır. Teref.az Bizimyol.info-ya istinadla xəbər verir ki, müvafiq məlumat UTX-nin internet saytında dərc olunub.

Sənədlərə görə, onların hamısı şahid qismində dindirilməyə çağırılıb və bu dindirilmə keçirilməsi bir neçə gün əvvəl - mayın 19-da nəzərdə tutulub. Lakin həmin vətəndaşların dindirilməsinin mümkün olub-olmadığı barədə məlumat verilməyib. Eyni zamanda hüquq-mühafizə orqanlarının əməkdaşları DTEK-in baş direktoru Maksim Timçenkonu da çağırıblar.

Xatırladaq ki, vətənə xəyanətdə və terrorizmi təbliğ etməkdə şübhəli bilinərək həbsdə olan xalq deputatı Viktor Medvedçuk neft kəmərinin dövlət mülkiyyətindən çıxarılması və "LDNR" ilə ticarətlə bağlı işlərdə ifadə verib. Putinin yaxın adamı hesab olunan deputat ifadəsində Ukraynanın beşinci prezidenti Petro Poroşenkonun bu məsələdəki rolunu təsvir edib.

Xüsusilə, o, 2014-2015-ci illərdə Ukraynanın enerji sektorunun ehtiyacları üçün “LDNR” adlanan ərazilərdən kömür alınması üçün yaradılmış sxemin təfərrüatlarını açıqlayıb. Və o, cinayət sxemində iştirak edən məmurların konkret adlarını çəkib. Onların arasında keçmiş məmurlar, Milli Bankın keçmiş departamenti, xalq deputatları və hüquq-mühafizə orqanlarının nümayəndələri, hətta keçmiş prezident Pyotr Poroşenkonun da adının olduğunu bildirib.

Eks-prezidentin özü Medvedçukun bəyanatlarına reaksiya verərək: "Onlar təcavüzkar ölkənin maraqlarına uyğun açıq-aşkar informasiya təxribatı ilə məşguldurlar”, - deyə qeyd edib.

Qeyd edək ki, Pusiya prezidenti Vladimir Putin Ukraynada həbsdə olan deputat Viktor Medvedçukun kiçik qızının xaç atasıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru