İranda ermənilərin aksiya keçirməsinə icazə verilmədi

24-04-2016, 20:09           
İranda ermənilərin aksiya keçirməsinə icazə verilmədi
Aprelin 24-də Tehranda ermənilər qondarma soyqırım ilə bağlı aksiya keçiriblər.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, bir qrup erməni qondarma “soyqırm” ilə bağlı Türkiyənin Tehrandakı səfirliyi qarşısında mitinq keçirməyə, şüarlar səsləndirməyə çalışıblar.

Lakin İran hüquq-mühafizə orqanları tez bir zamanda bunun qarşısını alıb. Nəticədə ermənilər Tehranda və İranın bir neçə şəhərində yerləşən kilsələrdə toplantı keçiriblər.

Qeyd edək ki, bir neçə il bundan əvvəl İran rəsmiləri ermənilərin belə aksiyalarına qoşulur, onlara dəstək verirdilər. Ermənilər isə bundan ilhamlanaraq, küçələrdə aksiyalar keçirir, türk millətinə qarşı təhqiramiz şüarlar səsləndirirdilər.

Lakin son illərdə nədənsə, İran hakimiyyəti bu məsələyə həssaslıqla yanaşır, ermənilərin Türkiyə səfirliyi qarşısında mitinq keçirmək arzusunu ürəyində qoyur. Səbəb nədir?

Bu məsələ ilə bağlı Güney Azərbaycan Milli Oyanış Hərəkatının tanınmış fəallarından olan, “GAMAC” təşkilatının sözçüsü, Məhsa Mehdili Bərzin musavat.com-a danışıb.

Onun sözlərinə görə, İranın Ermənistana dəstək vasitələri artıq dəyişib: “İran Rusiyanın bölgədəki ortağıdır, Qarabağın işğalının sonlanmasını istəmir və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi siyasətini yürüdür. Amma bir tərəfdən də son vaxtlar Güney Azərbaycanda xalq arasında Qarabağ məsələsi haqqında medianın gücü və milli fəalların çalışmaları nəticəsində bilgilər çoxalıb. Qarabağ məsələsi milli ruhun yüksəlməsi, azərbaycançılıq şüurunu gücləndirib. Bu da İran üçün bir təhdiddir. İran artıq bütün etiraz etmək imkanlarını yasaqlasa da, Azərbaycan gəncliyi olğun bir zəka ilə hər yeri etiraz və Qarabağ üçün çağrı meydanına çevrib. Beləliklə, İranın qadağa, cəza və zorakılıqları azərbaycançılığın qarşısında aciz qalıb. Bunun üçün də İranın Ermənistana dəstək vasitələri dəyişib və üzdə tərəfsizlik elan etməyə başlayıb. Lakin əməldə bu, görünmür, mümkün də deyil”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.