Zelenski Kissindjerə cavab verdi: "Qərbdən ərazilərin verilməsi ilə bağlı çağırışlar var" - Zelenskinin ofisi
26-05-2022, 00:03
Ukrayna Prezidenti Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak Qərbdən ərazilərin verilməsi ilə bağlı siqnalların gəldiyini açıqlayıb.
Teref.az yazır ki, APA xəbər verir ki, bu barədə o “Telegram” kanalında yazıb.
Onun sözlərinə görə, Avropada rusiyayönümlü lobbiçilər yavaş-yavaş başlarını qaldırmağa başlayıblar.
"Bu gün müəyyən siyasi dairələr bizə atəşkəs, dondurulmuş münaqişə və sülh naminə ərazilərin bir hissəsinin təhvil verilməsi kimi təkliflərlə çıxış edir”, - deyə bildirib.
O, Ukraynanın bu müzakirədə iştirak etməyəcəyini iddia edir.