Yaponiyadan son qərar: Rusiya və Belarusa OLMAZ!

26-05-2022, 07:59           
Yaponiyadan son qərar: Rusiya və Belarusa OLMAZ!
Avqustun 6-da Yaponiyanın Xirosima şəhərinə atom bombası atılmasının 77-ci ildönümünə həsr olunan mərasimə Rusiya nümayəndələri dəvət edilməyəcək.

Bu barədə Rusiyanın Yaponiyadakı səfiri Mixail Qaluzin “Facebook” səhifəsində yazıb.

Səfir Yaponiyanın bu addımını biabırçılıq adlandırıb.

Mərasimin təşkilatçılardan birinin “Kyodo” agentliyinə bildirib ki, Xirosima meriyasından Rusiya prezidentinə dəvət göndərmək planı var idi, lakin hökumətin təkidi ilə bunu etməmək qərarına gəlinib. Tədbirə Belarus səfiri də dəvət almayacaq.

Qeyd edək ki, atom bombası qurbanlarının xatirəsinə həsr olunan mərasimə adətən nüvə dövlətlərinin liderləri və bütün ölkələrin səfirləri dəvət olunur. Mərasimə 3550 qonağın qatılacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru