Blinken: “Rusiya şirkətləri SEPAH-a neft qaçaqmalçılığı və çirkli pulların yuyulmasında kömək edir”

26-05-2022, 07:42           
Blinken:
ABŞ terror təşkilatı hesab etdiyi İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələrə görə on fiziki şəxsə və doqquz şirkətə sanksiya tətbiq edib.

Dövlət katibi Entoni Blinken bildirib ki, Rusiya rəsmiləri və dövlət şirkətləri SEPAH-a neft qaçaqmalçılığı və çirkli pulların yuyulmasında kömək edirlər.

“Bu gün Birləşmiş Ştatlar SEPAH-ın Qüds Qüvvələrinın hazırki zabiti Behnam Şəhriyari və keçmiş zabiti Rüstəm Qazeminin rəhbərlik etdiyi beynəlxalq neft qaçaqmalçılığı və çirkli pulların yuyulması şəbəkəsinə qarşı sanksiyalar tətbiq edir.

Bu şəbəkə Rusiya Federasiyası hökumətinin yüksək eşalonları və dövlət müəssisələri tərəfindən dəstəklənir. Sözügedən şəbəkə, SEPAH-ın Qüds Qüvvələrinə və “Hizbullah”a yüz milyonlarla dollar dəyərində neft satışını təmin edib”, - deyə dövlət katibi bəyan edib.

Mənbə: “RİA Novosti”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru