Çexiya Ukraynaya Mi-24 helikopterlərindən ibarət eskadrilya göndərib

26-05-2022, 12:25           
Çexiya Ukraynaya Mi-24 helikopterlərindən ibarət eskadrilya göndərib
Çexiya Ukraynaya Mi-24 helikopterlərindən ibarət eskadrilya göndərib və Slovakiya ilə birlikdə Ukrayna hərbçilərinə təmir üçün hərbi texnikanı öz sərhədindən keçirməyə icazə verib. Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Sovet istehsalı olan helikopterlər Ukraynaya hava məkanının qorunmasına kömək məqsədilə göndərilib. Lakin helikopterlərin sayı açıqlanmır.

Çexiya hakimiyyəti qeyd edib ki, müttəfiqlərin, xüsusən də ABŞ-ın artıq təhvil verilmiş döyüş helikopterlərinin dəyişdirilməsinə kömək etmələri şərtilə Ukraynaya daha çox helikopter göndərə bilərlər. ABŞ-ın müdafiə naziri Lloyd Ostin artıq çexlərə Ukraynaya göstərdikləri köməyə görə təşəkkür edib.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru