İsrail ABŞ-ın Ukrayna istəyini rədd etdi

26-05-2022, 08:18           
İsrail ABŞ-ın Ukrayna istəyini rədd etdi
Berlinin Ukraynaya İsrail texnologiyası ilə istehsal edilmiş tank əleyhinə sistemlər verməsi ilə bağlı ABŞ-ın Təl-Əvivə müraciəti rədd edilib.

Axar.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Bildirilib ki, İsrailin Müdafiə Nazirliyinin baş direktoru Amir Eşel iki həftə öncə Vaşinqtona səfər edib.

Görüş zamanı ABŞ müdafiə nazirinin köməkçisi Kolin Kal Ukraynaya “Spayk” tank əleyhinə sistemlər göndərməsi ilə bağlı İsrailin Berlinə razılıq verib-verə bilməyəcəyini soruşub.

Eşel isə bu müraciətə rədd cavabı verib, Ukraynaya yalnız ölümcü olmayan silahlar veriləcəyini bildirib.

Qeyd edək ki, sözügedən sistemlər Almaniyada İsrail texnologiyası ilə istehsal edilir. Almaniyadakı İsrail müəssisəsində istehsal edilən bu sistemlərin üçüncü ölkəyə verilməsi üçün İsrailin razılığı lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru