Afrikanın pandemiyanın nəticələrindən xilas olması üçün 432 milyard dollara ehtiyacı var

26-05-2022, 09:39           
Afrikanın pandemiyanın nəticələrindən xilas olması üçün 432 milyard dollara ehtiyacı var
Afrika ölkələrinə koronavirus pandemiyasının nəticələrinin tam aradan qaldırmaq üçün 432 milyard ABŞ dolları lazımdır.

“Report”un məumatına görə, bunu Afrika İnkişaf Bankının rəhbəri Akinvumi Adesina bildirib.

“Afrika ölkələrinə koronavirus pandemiyasının iqtisadi və sosial sahədə nəticələrinin öhdəsindən gəlmək üçün ən azı 432 milyard ABŞ dolları lazımdır. Etiraf etmək lazımdır ki, Afrikanın hazırda o qədər də əhəmiyyətli resursları yoxdur”-deyə, o bildirib.

Adesina qeyd edib ki, bu il Afrikanın ümumi ÜDM-i bankın proqnozlarına görə, 2021-ci ildəki 6,9 faizlə müqayisədə 4,1 faiz artacaq. “Koronavirus pandemiyasından sonra Afrikada iqtisadi dirçəliş sürətinin azalmasının səbəbi Ukraynadakı hazırkı münaqişədir”.

Baş ofisi Abidjanda yerləşən Afrika İnkişaf Bankının hazırda 81 səhmdarı var, onlardan 54-ü Afrikadan, qalanları isə dünyanın digər yerlərindəndir. Afrika İnkişaf Bankı ən yüksək investisiya reytinqinə malik yeganə Afrika maliyyə qurumudur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru