BMT Təhlükəsizlik Şurası təcili toplanır - ŞİMALİ KOREYAYA GÖRƏ

26-05-2022, 10:27           
BMT Təhlükəsizlik Şurası təcili toplanır -
BMT Təhlükəsizlik Şurası Şimali Koreya ilə bağlı iclas keçirəcək.

"Reuters" xəbər verir ki, bu barədə dünya təşkilatının çərşənbə günü yayılan proqramında deyilir.

Agentliyin ABŞ administrasiyasının rəsmisinə istinadla verdiyi məlumata görə, ABŞ-ın Pxenyana qarşı daha sərt sanksiyaları nəzərdə tutan qətnamə layihəsinə səsvermənin keçirilməsi gözlənilir.

"Seulun" məlumatına görə, Şimali Koreya çərşənbə günü üç ballistik raket atıb.

Cənubi Koreya ordusu bəyan edib ki, onlardan biri qitələrarası, digər ikisi isə qısa mənzilli ballistik raketlər olub.

Ehtimal edilir ki, aha bir qısa mənzilli raketin buraxılması, uğursuzluqla başa çatıb.

Pxenyanın sınaqlarına cavab olaraq Yaponiya dənizinə doğru iki raket buraxılıb - bir Cənubi Koreya və bir Amerika tərəfindən.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru