Latviya XİN: "Türkiyə, İsveç və Finlandiyanın NATO-da olması vacibdir" - LATVİYA XİN BAŞÇISI

26-05-2022, 10:38           
Latviya XİN: "Türkiyə, İsveç və Finlandiyanın NATO-da olması vacibdir" -
"Türkiyə, İsveç və Finlandiyanın NATO-da olması vacibdir" .

Bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs “nra.lv”ya müsahibəsində deyib.

Jurnalistin Türkiyəsiz NATO və digər iki ölkənin - İsveç və Finlandiyanın, Alyansa qoşulmasının mümkünlüyü barədə sualına cavab verərkən latviyalı nazir bildirib ki, belə spekulasiyalar doğru deyil.

“Deyərdim ki, vəziyyəti dramatikləşdirmək düzgün deyil. Türkiyə üçün vacib olan məsələlər var. Bu ölkələr Türkiyə ilə həm silah ixracatına nəzarət məsələsini, həm də ticarəti məhdudlaşdırır. Həmçinin terror təşkilatları ilə bağlı məsələlər var hansı ki, bu Türkiyənin təhlükəsizliyi üçün vacibdir və konkret hansı təşkilatların bu cür (terror təşkilatı) qəbul edilməsi ilə bağlı müzakirələr gedir.

Mən ümid edirəm ki, Türkiyənin qanuni təhlükəsizlik maraqlarını, eyni zamanda Finlandiya və İsveçin Alyansa üzvlüyünün, təkcə Baltik dənizi regionuna deyil, bütövlükdə NATO-ya verəcəyi mühüm töhfəni nəzərə alan bir həll tapılacaq. Bu ölkələrin potensialını və bizim bilavasitə müdafiə və təhlükəsizlik maraqlarımızı nəzərə alsaq üç ölkənin - Türkiyə, İsveç və Finlandiyanın NATO-da iştirakı Latviyanın təhlükəsizlik maraqları üçün vacibdir", - deyə Latviya xarici işlər naziri Rinkeviçs deyib./apa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru