Paşinyan Ermənistanın ilk kosmik peykinin orbitə buraxıldığını dedi
26-05-2022, 12:42
Paşinyan Ermənistanın ilk kosmik peykinin orbitə buraxıldığını dedi Ermənistan Respublikasının ilk kosmik peyki Yer planetinin orbitinə buraxılıb.
Teref.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
"2022-ci il mayın 25-də Yerevan vaxtı ilə saat 22:35-də ( Bakı vaxtı ilə eyni - red ) ABŞ-ın Kanar adalarındakı kosmik stansiyadan "Space X" kosmik gəmisi ilə Ermənistanın ilk kosmik peyki Yer orbitinə buraxılıb", - Paşinyan qeyd edib.