“Putin Avropa ölkələrini Finlandiyalaşdırmaq əvəzinə NATOlaşdırdı” - Bayden

28-05-2022, 08:03           
“Putin Avropa ölkələrini Finlandiyalaşdırmaq əvəzinə NATOlaşdırdı” - Bayden
Növbəti onillik dünya nizamının necə olacağını müəyyənləşdirməkdə həlledici rol oynayacaq.

Bu fikri ABŞ prezidenti Co Bayden Annapolisdəki (Merilend) ABŞ Hərbi Dəniz Akademiyasının məzunları qarşısındakı çıxışı zamanı deyib.

O, ABŞ-ın Rusiyaya qarşı sanksiyalarından və Rusiya-Ukrayna müharibəsindən də danışıb.

“Putin təkcə Ukraynanı ələ keçirmək istəmir, o, həqiqətən də Ukrayna xalqının mədəniyyətini və kimliyini məhv etmək istəyir. Onun məktəbləri, qocalar evlərini, xəstəxanaları, muzeyləri hədəf almasının başqa heç bir səbəbi yoxdur... Putin Avropa ölkələrini Finlandiyalaşdıraraq neytrallaşdırmaq istəyirdi. Amma əvəzində hamısını NATOlaşdırdı”, - deyə dövlət başçısı qeyd edib.

Baydenin çıxışında Rusiyaya qarşı sanksiyalarda ABŞ-a dəstək verən Asiya ölkələrini sayarkən “Cənubi Koreya” əvəzinə “Şimali Koreya” deməsi də diqqətdən yayınmayıb. (Mənbə: TRT)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru