ABŞ ordusu arsenalını doldurmaq üçün “Stinger” sifariş verib

29-05-2022, 09:58           
ABŞ ordusu arsenalını doldurmaq üçün “Stinger” sifariş verib
ABŞ ordusu Ukraynaya silah tədarükündən sonra arsenalını doldurmaq üçün insan tərəfindən daşınan “Stinger” daşınabilən hava hücumundan müdafiə sistemlərinin istehsalı üçün “Raytheon Technologies” ilə 624,6 milyon dollarlıq müqavilə imzalayıb.

"Report” xəbər verir ki, bu barədə Pentaqonun məlumatında deyilir.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya hərbi əməliyyatı başlayandan bəri Ukraynaya 1,4 minə yaxın “Stinger MANPADS” göndərilib. ABŞ Ordusu 2005-ci ildən bu yana bu sistemlərin yeni partiyalarını almayıb.

“Stinger MANPADS”-dan əlavə, Pentaqon Ukraynaya 5500-dən çox tank əleyhinə idarə olunan “Javelin” raketləri göndərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru