Finlandiya F-35 qırıcılarının ilk qrupunu bu ərazidə yerləşdirəcək

29-05-2022, 10:58           
Finlandiya F-35 qırıcılarının ilk qrupunu bu ərazidə yerləşdirəcək
Finlandiya 2026-cı ildə ordunun istifadəsinə veriləcək ABŞ istehsalı olan beşinci nəsil F-35 qırıcılarını ölkənin şimalındakı Rovaniemi şəhəri yaxınlığındakı hava bazasında yerləşdirməyi planlaşdırır.

Manset.az xəbər verir ki, bu barədə Finlandiya Hərbi Hava Qüvvələri məlumat yayıb.

Ötən ilin dekabrında Finlandiya hakimiyyəti köhnəlmiş F/A-18-ləri əvəz etmək üçün ABŞ-dan 64 ədəd F-35 qırıcısı almaq niyyətində olduqlarını açıqlamışdı. Təyyarələrin ilk partiyası 2026-cı ildə Rovaniemidə, digərləri isə daha sonra ölkənin cənubunda yerləşdiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru