Avtomobillərin yuyulmasına və bağların suvarılmasına QADAĞA

29-05-2022, 10:54           
Avtomobillərin yuyulmasına və bağların suvarılmasına QADAĞA
Fransada may ayında qeydə alınan rekord istilərin yaratdığı quraqlıq səbəbilə 24 departamentdə şirin sudan istifadə ilə bağlı xüsusi müddəa qəbul edilib.

Bu barədə “Le Figaro” nəşri məlumat yayıb.

Qəzetin Ekoloji Keçid Nazirliyinə istinadən verdiyi məlumata görə, quraqlıqdan zərər çəkmiş departamentlərində məhdudlaşdırıcı tədbirlər, xüsusən də hovuzların su ilə doldurulmasına, avtomobillərin yuyulmasına, bəzi hallarda isə bağların suvarılmasına qadağa qoyulub.

Nəşr əsasən ölkənin qərbində və cənubunda yerləşən, istilərdən zərər çəkən ərazilərin siyahısını dərc edib. Artıq aprelin ortalarında səkkiz departament məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

Fransanın yeni baş naziri Elizabet Born Luara departamentinə işgüzar səfəri zamanı cari ildə quraqlığın çox erkən başladığını deyib. O xatırladıb ki, hökumət mal-qaranın yemi ilə bağlı problem yaşayacaq fermerlərə kömək üçün 400 milyon avro ayıracaq.

Cebhe.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru