Avropa Komissiyası Aİ-yə Rusiyaya qarşı yeni neft embarqosu layihəsi təklif edib

29-05-2022, 10:57           
Avropa Komissiyası Aİ-yə Rusiyaya qarşı yeni neft embarqosu layihəsi təklif edib
Avropa Komissiyası Aİ-yə üzv dövlətlərə Rusiya Federasiyasına qarşı yeni neft embarqosu layihəsi göndərib.

Bu barədə Cebhe.info “Bloomberg”ə istinadən xəbər verir. Agentlik mənbələrə istinadən yazır ki, sənəd Rusiya Federasiyasından neftdən imtina üçün keçid dövrünün uzadılmasını nəzərdə tutur.

Məlumata görə, Bolqarıstana embarqonun tətbiqinə 2024-cü ilin iyun və ya dekabr ayına qədər möhlət vermək təklif olunub.

Layihəyə əsasən, xammalın Macarıstana çatdırıldığı “Drujba” neft kəmərinə qarşı sanksiyaların tətbiq edilməməsi qərara alınıb.

Avropa dövlətlərinin 6 aydan sonra Rusiya neftinin, 8 aydan sonra isə neft məhsullarının idxalını tədricən dayandırması planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru