Şərq cəbhəsində işğalçı rus ordusu növbəti dəfə fiaskoya uğradı...

29-05-2022, 20:24           
Şərq cəbhəsində işğalçı rus ordusu növbəti dəfə fiaskoya uğradı...
Teref.az yazır ki, şərq cəbhəsində işğalçı rus ordusu növbəti dəfə fiaskoya uğrayır. May ayının 20-nə Severodonetsk şəhəri tutulmalı və bununla da Luqansk vilayəti tamamilə Rusiyanın nəzarətinə keçməliydi. Rus ordusu böyük qüvvələrlə Putinin bu tapşırığını yerinə yetirməyə çalışırdı. Amma, şanlı USQ (Ukrayna Silahlı Qüvvələri) buna imkan vermədi, Severodonetsk hələ də onun nəzarətindədir. Üstəlik də həmin bölgələrdə əks-həmlələrlə bir neçə yerdə işğalçıları geri çəkilməyə məcbur etdilər.
Putin çox tələsir, çünki lend-lizlə silahlar yetişmək üzrədir. Onların içinda ABŞ-ın yaylım atəşi raket sistemləri (YARS) çox vacibdir. Rusiya tərəfi bu silahların onlardakı analoqlarından çox üstün olduğunu etiraf edir və bunu Ukraynanın qırmızı xətti keçməsi kimi dəyərləndirir.
Ağ Ev nəhayət ki YARS-ların verilməsinə qərar verib və üstəlik də bu silahların prioritet qaydada daha tez çatdırılacağını vəd edib.
Polşa da 18 ədəd 40 km məsafəni vuran 155 mm-lik AHS Krab özüyeriyən artilleriya qurğularını Ukraynaya verir. USQ daha bir-iki həftə duruş gətirməlidir və bundan sonra üstünlük tamamilə onun tərəfində olacaq.
İlqar Gülablı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru