ABŞ-dan daha bir qalmaqallı bəyanat: “Rusiya qələbə qazanacaq”
29-05-2022, 21:26
“Rusiya istənilən halda Ukraynada xüsusi hərbi əməliyyatı qələbə ilə başa vuracaq, ona görə də Vaşinqton Moskva və Kiyev arasında sülh danışıqlarını təşviq etməlidir”.
Cebhe.info xəbər verir ki, bunu ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın keçmiş xüsusi köməkçisi Duq Bandou deyib.
"Ukraynanın qələbəsi şübhə altındadır. Görünür, bu inandırıcı deyil. Çox güman ki, bu, hətta də mümkün deyil", - Bandou bildirib.
Onun sözlərinə görə, ABŞ sülh danışıqlarının davam etdirilməsində maraqlı olmalıdır:
“Eyni zamanda, Moskvanın oxşar addımlarla razılaşacağı təqdirdə Rusiyaya qarşı sanksiyalarının yumşaldılmasında israrlı olmalıdır”.
Xatırladaq ki, bir neçə gün əvvəl ABŞın sabiq dövlət katibi Kissencer Rusiyanın mümkün qələbəsinə işarə etmiş və Ukraynaya güzəşt təklif etmişdi.