Rus hakerlər bu ölkəni "girov" götürdü - ABŞ 10 milyon dollar vəd etdi

29-05-2022, 22:06           
Rus hakerlər bu ölkəni "girov" götürdü -
Mərkəzi Amerika ölkəsi Kosta Rikanın yeni prezidenti Rodriqo Çaves ölkənin sistemlərinə hücum edərək bir çox dövlət xidmətlərini yararsız hala gətirən rus haker qrupu “Conti” ilə mübarizə aparır.
Teref.az-ın xarici mediaya istinadən məlumatına görə, aprelin 18-də Maliyyə Nazirliyi ilə başlayan hücumlara başqa dövlət qurumları da əlavə olunub.

27 dövlət qurumu və hökumətlə əlaqəli bir çox sistemi nəzarətə götürən hakerlər 20 gün əvvəl and içən Çavesdən 20 milyon dollar fidyə tələb edir.

Bu səbəbdən maaşlar belə verilə bilməyib.

Üç həftə əvvəl prezident olan Kosta-Rikanın yeni lideri Çaves 20 milyon dollarlıq fidyə ödəməkdən imtina edir.

Pulu vermək istəməyən Çaves haker qrupuna boyun əyməyəcəklərini deyir.

Hakimiyyətdə olan yeni dövlət başçısının ilk işi bu kiberhücuma qarşı fövqəladə vəziyyət elan etmək olub.

Çaves mayın 16-da yerli mətbuata açıqlamasında Kosta Rikanın Conti ilə “müharibə içində” olduğunu və bu ifadənin “şişirtmə olmadığını” bildirib.

ABŞ haker qrupunun liderlərinin kimliyini üzə çıxaracaq məlumatları paylaşanlara 10 milyon dollar mükafat təklif edir.

Ekspertlər vurğulayırlar ki, bundan əvvəl də dövlətlərə qarşı ciddi kiberhücumlar olub, lakin Kosta Rika haker qrupu tərəfindən girov götürülüb.

manset.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru