Polşa yeganə istifadəçisi olduğu silahları Ukraynaya verdi
30-05-2022, 08:23
Polşa Ukraynaya 18 ədəd 155 millimetrlik "Krab" özüyeriyən haubitsaları verib.
Gundem.az xəbər verir ki, bu bardə "Polşa Radiosu"nun məlumatında deyilir.
"Ukrayna hərbçiləri Polşadan 18 ədəd müasir özüyeriyən haubitsa alıblar", - məlumatda bildirilib.
Qeyd edək ki, "Krab"ın maksimum atəş məsafəsi adi döyüş sursatları ilə 40 kilometr, atəş sürəti dəqiqədə altı mərmidir. Bu özüyeriyən haubitsaların yeganə operatoru hazırda Polşa ordusudur.