“Azərbaycan Rusiya taxılının əsas idxalçısı olaraq qalır” - Dmitri Patruşev

30-05-2022, 12:58           
“Azərbaycan Rusiya taxılının əsas idxalçısı olaraq qalır” - Dmitri Patruşev
“Türkiyə, Misir, Səudiyyə Ərəbistanı və Azərbaycan Rusiya taxılının əsas idxalçıları olaraq qalır”.

“Report” xəbər verir ki, bunu Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev Ümumrusiya Taxıl Forumunda deyib.

Nazirin sözlərinə görə, cari mövsümdə Rusiya 35 milyon ton taxıl ixrac edib ki, bunun da 28,5 milyon tonu buğda tədarükünün payına düşüb. O qeyd edib ki, mövsümün sonuna qədər taxıl ixracı 37 milyon tondan çox olmalıdır.

D.Patruşev dünyada yaşanan taxıl qıtlığını yaxşı başa düşdüyünü, Rusiyanın xarici tərəfdaşları keyfiyyətli taxıl ilə təmin etməyə hazır olduğunu, lakin müxtəlif beynəlxalq logistika şirkətlərinin addımları səbəbindən Rusiya məhsullarının, o cümlədən taxılın istehlakçılara çatdırılmasında ciddi məhdudiyyətlər olduğunu söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru