SON DƏQİQƏ! Rus nefti 35 dollara satılır - Əlacsız qalan Moskva neftini 40 faiz endirimlə satışa çıxardı
2-06-2022, 09:34

Ukraynaya qarşı müharibə edən Rusiya Qərb dövlətlərinin sanksiyalarından sonra enerji və neft idxalı üçün həll yolları axtarır.
Avropa.info xəbər verir ki, hökumət Rusiya neftini Asiya ölkələrinə 35 dollara satmağa başlayıb.
Rusiyanın Asiya ölkələrinə neftin barrelini 35 dollar endirimlə satmağa çalışdığı günlərdə ən böyük özəl neft şirkəti Lukoylun əsas tərəfdaşlarından biri, Moskvanın “Spartak” klubunun sahibi, iş adamı Leonid Fedun neft hasilatını 20-30 faiz azaltmağı təklif edib.
Fedun, fəlsəfə doktoru RBC qəzetinə yazdığı məqalədə hasilatın gündəlik 10 milyondan 7-8 milyon barrelə endirilməsini tövsiyə edir.
"7-8 milyon barel nefti səmərəli emal edib ixrac edə bildiyimiz halda niyə 10 milyon barel hasil edək? Hansı daha yaxşıdır: 10 barreli 50 dollara satmaq, yoxsa 7 barreli 80 dollara satmaq"- deyə Fedun yazısında sual edir.
Leonid Fedun bildirir ki, indiki şərtlərdə Rusiya 30 faiz, hətta 40 faiz endirimlərə razı olmalı idi və alıcılar bu tarifləri daimi etməyə çalışırlar.
Rusiyanın ən böyük neft müştərisi olan Avropa İttifaqı Ukraynaya qarşı hərbi əməliyyatlara görə rus neftinə embarqo qoyulması məsələsini müzakirə edir. Lakin Macarıstanın etirazına görə birlik hələlik konsensusa gələ bilməyib. Digər tərəfdən, Rusiya kəsiri bağlamaq üçün neftin barrelini 35 dollara qədər endirimlə Asiya ölkələrinə, xüsusilə Hindistan və Çinə satmağa çalışır.