"McLaren F1" rekord qiymətə satıla bilər

Bu gün, 12:08           
"McLaren F1" rekord qiymətə satıla bilər
"RM Sotheby's" hərracında 1997-ci ildə istehsal olunmuş "McLaren F1" idman avtomobili satışa çıxarılacaq.

Championat.com xəbər verir ki, o ABŞ-yə gətirilən yeddi nümunədən biridir.

Avtomobil 461 kVt (627 at gücü) hasil edən 6,1 litrlik BMW S70/2 V12 mühərriki ilə təchiz edilib və onun maksimal sürəti 356 km/saatdır.

Lotun gözlənilən qiyməti 23 milyon dollardır. Əgər avtomobil bu qiymətə alınarsa, o indiyə qədər satılan ən bahalı "McLaren" olacaq. Hərrac avqustun 17-də bağlanacaq.

Markanın cari auksion rekordu 20,4 milyon dollar təşkil edir ki, bu da 2021-ci ilin avqustunda "Gooding & Company" hərracında ödənilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru