Ukrayna Rusiya ilə əlaqəsi olan 5 şirkət və 94 fiziki şəxsə sanksiya tətbiq edib

Bu gün, 12:14           
Ukrayna Rusiya ilə əlaqəsi olan 5 şirkət və 94 fiziki şəxsə sanksiya tətbiq edib
Ukrayna Rusiyanın neft və neft məhsullarının daşınması ilə məşğul olan “kölgə donanması” ilə əlaqəli olduğu iddia edilən gəmilərin kapitanları da daxil olmaqla, bir sıra ölkələrdən 5 şirkət və 94 fiziki şəxsə qarşı sanksiya tətbiq edib.

APA xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski açıqlayıb.

"Üç sanksiya paketi hazırlanıb və ilk paket bu gün artıq tətbiq edilib. Bunlar Rusiyanın “kölgə donanması”nın kapitanlarına qarşı sanksiyalardır. Biz bütün bunları - bütün bu paketləri tərəfdaşlarımızla sinxronlaşdıracağıq", - o deyib.

Bildirilir ki, fiziki şəxslərin siyahısına 94 nəfər daxildir ki, onlardan 83-ü Rusiya Federasiyasının, qalanları Banqladeş, Gürcüstan, Hindistan, İran, Çin, Myanma, Pakistan kimi ölkələrin vətəndaşlarıdır.

Hüquqi şəxslərin siyahısına isə Rusiya Federasiyasının beş şirkəti, o cümlədən “Qazpromneft Gəmiçiliyi” daxildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru