Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyi üçün vacibdir - ABŞ rəsmisi

2-06-2022, 12:18           
Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyi üçün vacibdir - ABŞ rəsmisi
“Xəzər regionu enerji təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir”.

Ednews xəbər verir ki, bunu ABŞ-ın Energetika Resursları Bürosu katibinin köməkçisinin müavini Laura Lokman Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransda bildirib.

O, Cənub Qaz Dəhlizinin (SGC) Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyətini vurğulayıb.

L.Lokman eyni zamanda, “yaşıl enerji"yə keçidin vacibliyini vurğulayıb: “Biz karbohidrogen xammalından asılılığın azaldılması istiqamətində görülən tədbirlərdə Avropa İttifaqını dəstəkləyirik. Azərbaycan da “yaşıl enerji"yə keçidə istiqamətlənib”.

L.Lokman Xəzər dənizində külək enerjisinin inkişafı üçün geniş imkanların olduğunu söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru