Yavlinskidə Rusiyanı tərk etdi...

3-06-2022, 00:02           
Yavlinskidə Rusiyanı tərk etdi...
Ukraynaya hərbi təcavüz məşhurları vətəndən didərgin salıb...

Rusiyanın "Yabloko" partiyasının təsisçisi Qriqori Yavlinski Rusiyanı tərk edib.

Bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

Agentlik Moskva hava limanında Yavlinskinin pasport nəzarətindən keçməsini əks etdirən müşahidə kameralarının videoyazısını dərc edib.

"Dünən gecə Dubayda yerdəyişmə ilə siyasətçi Londona uçub", - bunu agentlikdəki mənbə məlumat verib.

Yavlinskinin Rusiyanı həmişəlik, yoxsa müvəqqəti tərk etməsi dəqiqləşdirilir.

Eyni zamanda, "Yabloko" partiyasının mətbuat xidmətində məlumat verilib ki, siyasətçi iki həftəlik məzuniyyətə gedib və məzuniyyəti bitəndən sonra Rusiyaya dönəcək, yəni ölkədən mühacirət etməyi planlaşdırmır.

Əvvəllər xəbər verildiyi kimi, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlanandan ölkədən mühacirət edənlərin sayı artıb.

Martın sonlarında Anatoli Çubays Rusiyanı tərk edib, sonradan Türkiyə və İsraildə görünüb.

Aprel ayında Mixail Proxorov İsrailə köçüb.

Rusiyanı həmçinin "Pussi Riot"un iştirakçısı Mariya Alexina, jurnalist Kseniya Sobçak, müğənni Alla Puqaçova, teleaparıcılar Maksim Qalkin, İvan Urqant və Olqa Buzova, aktyorlar Leonid Yarmolnik və Çulpan Xamatova, musiqiçilər Boris Qrebenşikov və Andrey Makareviç və başqaları tərk edib.

Onların bir hissəsi vətənə dönüb, bir hissəsi xaricdə yaşamaqda davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru