Üç alman astronom İbn Sinanın müşahidələrini əldə etdi - FOTO
26-04-2016, 13:08
FaktXəbər-in verdiyi məlumata görə, qərbin "Avicenna" kimi tanıdığı məşhur filosof İbn Sinanın 1006-cı ildə, tarixin ən parlaq "supernova"larından birinə dair müşahidələri tapılıb.
ABŞ-ın Kornell universitetində işləyən 3 alman astronom R. Neuhauser, C. Ehrig-Eggert və P. Kunitzsch, İbn Sinanın 1020-ci illərdə illərdə yazdığı "Kitabuş-Şəfa" kitabında çox önəmli bilgilər əldə ediblər.
Müşahidələrə görə, bir ulduzun ölüm anı mənasına gələn "supernova"nın parlaqlığı dünyadan 3 ay ərzində müşahidə edilib.
HARADA YAZILIB?
İxtiraları və müşahidələri ilə orta əsrlərin ən böyük mütəfəkkirlərindən olan İbn Sina bu qeydlərini ərəb dilində yazıb.
Tədqiqatçıların tərcümə etdiyi sənəddə, "Ulduz getdikcə sönür, ta ki gözdən itənə qədər" ifadələri yer alıb.
Üç alman astronom İbn Sinanın müşahidələrini əldə etdi
GÜNDÜZLƏRDƏ GÖRÜNÜRDÜ
Astronomların kitabdan etdiyi çıxarışa görə, Venera daha parlaq olub. 1006-cı ildə baş verən "supernova" partlaması, 3 ay ərzində parlaqlığını qoruyub. Astronomik hadisənin, gündüz adi gözlə də müşahidə edildiyi bildirilir.
Kornell araşdırma qrupu, kitabda qeyd olunan bu ifadələrin o dövrün yəmənli, mərakeşli, çinli və yaponiyalı alimlərə də kömək etdiyini vurğulayıb.
Araşdırmada həmçinin qeyd olunub ki, "Supernova"ya aid bugünkü məlumatlar İbn Sinanın əsrlər öncə yazdığı əsərdə öz əksini tapıb.