Makron bu həftə Ukraynaya səfər edəcək 14-06-2022, 00:06 Fransa Prezidenti Emmanuel Makron bu həftə Ukraynaya səfər etməyi planlaşdırır.“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Fransanın Ukraynadakı səfirinin birinci müşaviri Bruno Kassanel deyib.Kassanelin sözlərinə görə, səfər çərşənbə günü, iyunun 15-nə planlaşdırılıb. Makron Moldovaya səfərindən sonra Ukraynaya gedəcək.Fransa dövlət başçısının Ukraynaya sonuncu səfəri bu il fevralın 8-də olub. Facebook-da paylaş