"Pavel Lebedev 2020-ci ildə Rusiya tərəfindən işğal edilmiş Krımda yaşayıb..."

14-06-2022, 00:14           
"Pavel Lebedev 2020-ci ildə Rusiya tərəfindən işğal edilmiş Krımda yaşayıb..."
"Göstərilən müəssisələr Rusiya ərazisində malların tədarükü və satışı ilə məşğuldur, habelə işğalçı dövlətin müdafiə sənayesi üçün avadanlıq istehsal edir"

Prokurorluq Ukraynanın sabiq müdafiə naziri Lebedevin ailəsinin 600 milyon qrivendən (təxminən 20 milyon 330 min dollar və ya 34 milyon 560 min manat-red.) artıq məbləğində əmlakına həbs qoyub

Kiyev şəhər prokurorluğu dövlətə xəyanətə görə axtarışda olan Ukraynanın sabiq müdafiə naziri Pavel Lebedevin ailəsinə məxsus 645 vaqon, 30 torpaq sahəsi, 30 daşınmaz əmlak obyekti və başqa əmlakına həbs qoyub.

Moderator.az xəbər verir ki, bu barədə Prokurorluğun mətbuat xidmətinin "Telegram-kanal"ında məlumat verilib.

Məlumatda Lebedevin soyadı açıqlanmır, lakin söhbət 2012-2014-cü illərdə müdafiə nazirindən gedir, dərc edilən fotoşəkildən də bunu anlamaq olar.

Kiyev şəhər Prokurorluğunun prosessual rəhbərliyi altında cinayət əməlinin tədqiqatının gedişində dövlətə xəyanət ittihamı ilə axtarışda olan sabiq məmurun ailəsinin müəssisələrinə məxsus dəyəri 650 milyon qriven (22 milyon 24 min dollar və ya 37 milyon 440 min manat-red.) olan 645 dəmiryol vaqonu həbs edilib", - məlumatda belə deyilir.

Həbs edilən əmlak ARMA- ya (korrupsiya əməllərinin müəyyən edilməsi üzrə Milli Agentlik-red.) təhvil verilib.

Məlumatda vurğulanıb ki, istintaqın məlumatlarına görə, Ukrayna ərazisində bir sıra müəssisələr fəaliyyət göstərir ki, onların da son benefisiar sahibləri sabiq nazirin ailəsidir.

"Göstərilən müəssisələr Rusiya ərazisində malların tədarükü və satışı ilə məşğuldur, habelə işğalçı dövlətin müdafiə sənayesi üçün avadanlıq istehsal edir", - məlumatda belə deyilir.

Prokurorluğun məlumatına görə, həmçinin bu maliyyə-sənaye qrupu müəssisələrinin və onların sahiblərinin digər əmlakına da həbs qoyulub. O cümlədən 30 torpaq sahəsi, 30 daşınmaz əmlak obyekti, o cümlədən altı tam əmlak kompleksi və 22 təsərrüfat subyektlərinin korporativ hüququna həbs qoyulub.

Milli polis və Ukrayna Təhlükəsizlik Xidməti cinayət işində Konstitusiya quruluşunun devrilməsinin maliyyələşdirilməsi və ya dövlət hakimiyyətinin ələ keçirilməsi, ərazi sərhədlərinin və ya Ukraynanın dövlət sərhəddinin dəyişdirilməsi faktları üzrə məhkəməöncəsi istintaq aparır.

Kontekst:

Lebedev 24 dekabr 2012-ci ildən 27 fevral 2014-cü ilədək Ukraynanın müdafiə naziri postunu tutub, lakin özünün rəsmi istefasından öncə ölkəni tərk edib.
2014-cü ilin may ayında Ukrananın Baş Prokurorluğu tərəfindən ona qarşı ölkənin müdafiə qabiliyyətinin aşağı salınmasında şübhəli bilinərək cinayət işi açılıb.
2020-ci ildə o, qiyabi olaraq həbs edilib, həmçinin ona qarşı dövlətə xəyanətdə şübhəli bilinərək yeni maddə üzrə cinayət işi açılıb.

"Novaya Qazeta"nın 2018-ci ildə məlumatına görə, sabiq nazirə məxsus "Paranqon" şirkətlər qrupu Sevastopol və Yevpatoriyada apartamentlər və yaşayış evləri tikib.

"24 kanal"ın məlumatına görə, Lebedev 2020-ci ildə Rusiya tərəfindən işğal edilmiş Krımda yaşayıb, onun nəzarətində olan, hazırda onun qızına məxsus olan Krivoy Roq dizel zavodu məhkəmə qadağalarına rəğmən öz işini davam edib. Qeyd edilib ki, Lebedevlər ailəsinin aktivləri Aurum Group-da birləşib.

Aurum Group-un özü bu məlumatdan sonra bəyan edib ki, Lebedevin onun fəaliyyətinə aid olması barədə məlumat "100 faizlik uydurma"dır.
Şirkət iddia edib ki, Krivoy Roq dizel zavodu 2017-ci ilin sonunda dəmiryol yük vaqonlarının buraxılmasına başlayıb, onun benefisiar sahibi Lebedevdir və özünün birbaşa və ya dolayısı ilə iştirakçısı olduğu şirkətləri müstəqil idarə edir.

Bundan başqa, Aurum Group vurğulayıb ki, "qrup müəssisələrinin heç biri heç vaxt silah istehsal etməyib və müvafiq olaraq belə məhsulu Rusiyaya tədarük etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru