Avstriya hökuməti “sərvət vergisi”nin tətbiqini tələb edir

14-06-2022, 10:24           
Avstriya hökuməti “sərvət vergisi”nin tətbiqini tələb edir
“Avstriyalıların ən zəngin 5%-nin sərvəti pandemiya və inflyasiyanın yaratdığı dövlət xərclərinin artımını maliyyələşdirmək üçün vergiyə cəlb edilməlidir”.

Bu barədə sosial məsələlər naziri Yohannes Raux deyib.

“Yaşıllar” partiyasının naziri hesab edir ki, sərvətin yenidən bölüşdürülməsi üçün Avstriyada 450 min insan pul ödəməlidir.

“İndi son 15 ildə sərvətlərini əhəmiyyətli dərəcədə artıran məhz o 5%, əgər ümumiyyətlə 5%-dirsə, xərclərin idarə edilməsi və bu böhranların aradan qaldırılması da daxil olmaqla ədalətli töhfə verməlidirlər”, - deyə o qeyd edib.

“Yaşıllar”ın koalisiya ortağı olan Mühafizəkarlar Partiyası sərvət vergisini dəstəkləmir. NEOS liberal partiyası da sərvət vergisinə qarşı çıxaraq bunu “iqtisadi dəlilik” adlandırır.

Mənbə: Yevropeyskaya pravda












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru