Rusiyalı oliqarx Fridmana məxsus "Morşinskaya"nın əmlakına həbs qoyulub

14-06-2022, 11:17           
Rusiyalı oliqarx Fridmana məxsus "Morşinskaya"nın əmlakına həbs qoyulub
Rusiyalı oliqarxa məxsus ümumi dəyəri 53,4 milyon qrivendən (3 milyon AZN) çox olan müəssisələrin korporativ hüquqları müsadirə edilib.

Bu barədə Baş Prokurorluq Ofisi və İqtisadi Təhlükəsizlik Bürosunun mətbuat xidmətləri məlumat yayıb.

Məlumatda müəssisənin adı açıqlanmasa da, “Ukrayna ərazisində ən böyük mineral su istehsalçılarından biri” olduğuna işarə edilir.

Söhbət “Morşinskaya” istehsalçısından gedir. “Morşinskaya” və “Mirqorodskaya” brendləri “IDS Borjomi International” beynəlxalq qrupunun törəmə şirkəti olan “IDS Group Ukraine”ə məxsusdur. Şirkətin rəhbərləri ABŞ, Aİ və Böyük Britaniya sanksiyaları altında olan rusiyalı oliqarx Mixail Fridman və onun ortaqları German Xan və Petr Avendir.

Mənbə: UNİAN












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru