ABŞ-da ağ supremasistlər qrupu ilə əlaqəsi olan 31 nəfər həbs olunub

14-06-2022, 08:38           
ABŞ-da ağ supremasistlər qrupu ilə əlaqəsi olan 31 nəfər həbs olunub
ABŞ-ın Aydaho ştatında “Patriot Cəbhəsi” adlı ağ supremasistlər qrupu ilə əlaqəsi olan 31 nəfər həbs olunub.

AZƏRTAC Aydaho polisinə istinadən xəbər verir ki, supremasistlər Kor d'Alin şəhərində keçirilən “Pride” tədbirində iğtişaşlar təşkil etmək üçün şəhərə gelmişdilər.

Polis rəisi Li Uayt bəyanat verərək bildirib ki, supremasistlərin tədbir yerinə iğtişaş qalxanları, tüstü qumbaraları və digər vasitələri gətirmələri ehtimal olunduğu üçün polis tez zamanda tədbir görüb. İlkin məlumata görə, həbs edilənlərdən yalnız biri Aydahodan, qalanları isə iğtişaşlar törətmək məqsədilə Virciniya və digər ştatlardan gəliblər.

2017-ci ildə Virciniya ştatının Şarlotsvill şəhərində baş verən bir nəfərin ölümü ilə nəticələnən ağ irqçilərin etiraz aksiyasından sonra “Patriot Cəbhəsi” yaradılıb. Bu hərəkat vətəndaş hüquqları və ictimai maraqların qorunması ilə məşğul olan qeyri-hökümət təşkilatı “Cənubi Yoxsulluq Hüquq Mərkəzi” tərəfindən nifrət qrupu kimi müəyyən edilib.

Federal Təhlükəsizlik Bürosunun sözçüsü bildirib ki, agentlik yerli polisə araşdırma və istintaq aparılmasında kömək edir.

AZƏRTAC-ın Vaşinqton bürosu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru