Meksikada dəhşət: 200 nəfər siyasətçini yandıraraq öldürdü

15-06-2022, 08:03           
Meksikada dəhşət:
Şimali Amerika ölkəsi olan Meksikada dəhşətli olay baş verib.

Demokrat.az xəbər verir ki, meksikalı siyasətçi Daniel Pikazo bir uşağın qaçırılmasında ittiham edilərək hücuma məruz qalıb.

200 nəfərin hücum etdiyi siyasətçi əvvəlcə döyülüb, sonra isə yandırılıb.

Polis və siyasətçinin yaxınları onun meyitini qəzəbli insanların əlindən zorla alıblar.

Yaxınları onun heç vaxt belə bir iş tutmadığını və uğurlu bir gələcəyə sahib ola biləcək bacarıqlı siyasətçi olduğunu qeyd ediblər.

Qeyd edək ki, bu, Meksikada yaşanan ilk belə olay deyil. Bir müddət əvvəl motosiklet oğurlamağa cəhddə təqsirləndirilən bir nəfər də qəzəbli kütlə tərəfindən döyülərək öldürülmüşdü.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru