İsveçdə inflyasiya 1991-ci ildən bəri ən yüksək həddə çatıb

15-06-2022, 08:04           
İsveçdə inflyasiya 1991-ci ildən bəri ən yüksək həddə çatıb
İsveçdə inflyasiya 1991-ci ildən bəri ən yüksək həddə çatıb.

"Report" "SVT Nuheter"na istinadla xəbər verir ki, bu barədə İsveç Statistika Komitəsi məlumat yayıb.
Ətraflı

Məlumata görə, ölkədə inflyasiya 7,2% təşkil edib. Bu, inflyasiyanın 7,8% olduğu 1991-ci ildən bəri ən yüksək göstəricidir.

Telekanal inflyasiyanın artmasına səbəb kimi ətin, yumurtanın, südün, pendirin və digər məhsulların bahalaşmasını göstərib. Eyni zamanda, elektrik enerjisi, geyim və istirahət xərcləri artıb.

Bundan əvvəl "Bloomberg" xəbər verib ki, Böyük Britaniyada 21 ildə ilk dəfə olaraq, inflyasiyanın artması səbəbindən real əmək haqqı rekord həddə 3,4% azalıb. Üç ayda real əmək haqqının azalması 2,2% təşkil edib ki, bu da son 11 ilin rekord göstəricisidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru