"Öncə Tuva ayrılacaq... Şoyqunun orda öz ordusu var..."- RF baş nazirinin sabiq müavini

24-06-2022, 10:39           
"Öncə Tuva ayrılacaq... Şoyqunun orda öz ordusu var..."- RF baş nazirinin sabiq müavini
Rusiya baş nazirinin sabiq müavini, eks-prezident Boris Yeltsinin yaxın silahdaşı Mixail Poltoranin Rusiya Federasiyasının dağılacağı ehtimalını ifadə edib.

Moderator.az xəbər verir ki, keçmiş Rusiya rəsmisi bu barədə “GORDON” internet nəşrinin təsisçisi Dmitri Qordonla müsahibəsində bildirib.

Poltoranin hesab edir ki, Rusiyanın yalnız iki yolu ola bilər: yeni ərazilərin ələ keçirilməsi və ya dağılması...

"O, daha irəli gedə bilməz, çünki siz indi bizim ağzımızı əzirsiz. Ağzımızı əzirsiz, həm də söz verirsiz, hə? Onda bundan sonra hara getməlidir Rusiya?" - deyə Poltoranin bildirib.

Yeltsinin keçmiş silahdaşı Rusiyadan ayrılacaq ilk regionun ölkənin müdafiə naziri Sergey Şoyqunun kiçik vətəni olacağını da proqnozlaşdırıb.

"Mənim proqnozum var ki, Şoyqu ilə birlikdə ilk olaraq Tuva aradan çıxacaq. Çünki deyirlər ki, Şoyqunun hətta orada öz ordusu var. Monqolustanla biznesə başlayacaqlar", - siyasətçi bildirib.

Bundan sonra onun fikrincə, Çeçenistan, Dağıstan və Uzaq Şərq Rusiyadan ayrıla bilər.

"Və davam edəcək, dağılıb-tökülmə davam edəcək..." - Poltoranin vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.