“Sky News”: Bəşər Əsəd İŞİD-lə əməkdaşlıq edib

4-05-2016, 09:28           

Britaniyanın “Sky News” telekanalı Suriya hakimiyyətinin İŞİD terror qruplaşmasını dəstəkləməsi barədə məlumatların əks olunduğu məxfi sənədlərin əldə etdiyini bildirib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, sənədlərdə qeyd olunur ki, Palmira şəhərinin azad edilməsi İŞİD və Suriya hakimiyyəti arasında əldə olunan bir neçə razılaşma əsasında həyata keçirilib. Razılaşmalar arasında neftin gübrələrə dəyişdirilməsi, əhalinin bir neçə rayondan hücumlardan əvvəl təxliyə olunması və s.

Telekanalın məlumatına görə, məxfi sənədlər İŞİD sıralarından fərarilik etmiş şəxslər tərəfindən təqdim olunub. Sənədlərdəki məlumatların doğruluğu hələlik təsdiqlənməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.