İranın yeddi vilayətində hava hücumundan müdafiə sistemi intensiv şəkildə işləyir

Bu gün, 12:04           
İranın yeddi vilayətində hava hücumundan müdafiə sistemi intensiv şəkildə işləyir
İranın yeddi vilayətində hava hücumundan müdafiə sistemi intensiv şəkildə işləyir.

Bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, İsrailin Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Kirmanşah, Loristan, Tehran, Hörmüzqan və Xuzistan əyalətlərində hücumları dəf edilir.

İsrail ordusundan verilən məlumata görə isə İranın müxtəlif növ raketlər və buraxılış qurğuları üçün nəzərdə tutulmuş yeraltı anbarına zərbələr endirib.

Məlumata görə, hədəfə alınan obyektin tərkibində yeraltı tunellər, raketlərin saxlanıldığı sahələr və çoxsaylı buraxılış qurğuları yerləşib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.