"Ədliyyə Nazirliyi, FTB Minnesota senatoruna hücumu araşdırır"- Tramp

15-06-2025, 12:14           
"Ədliyyə Nazirliyi, FTB Minnesota senatoruna hücumu araşdırır"- Tramp
ABŞ-nin Ədliyyə Nazirliyi və Federal Təhqiqat Bürosu (FTB) Minnesota qanunverici orqanının üzvünə hücumun səbəblərini araşdırır.

Bu barədə ABŞ Prezidenti Donald Trampın yazılı bəyanatında deyilir.

Onun sözlərinə görə, baş verənlər “ştatın qanunvericisinə qarşı məqsədyönlü hücum kimi görünür”. Amerika lideri vurğulayıb ki, ABŞ Ədliyyə Departamenti və Federal Təhqiqat Bürosunun əməkdaşları araşdırma aparır və qanun çərçivəsində hadisədə bütün əli olanları cəzalandırmaq niyyətindədirlər. Trampın sözlərinə görə, ABŞ-da belə dəhşətli zorakılığa yol verilməyəcək.

Xatırladaq ki, ABŞ-nin Minnesota ştatının senatoru Con Hoffman və həyat yoldaşı evlərində güllələnərək öldürülüb. Hadisə şənbə günü səhər baş verib. Polisin məlumatına görə, şübhəli şəxs özünü polis zabiti kimi təqdim edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru