Netanyahu İranı ittiham etdi: Nüvə silahı ilə bunu etməyi planlaşdırırdı

15-06-2025, 12:24           
Netanyahu İranı ittiham etdi: Nüvə silahı ilə bunu etməyi planlaşdırırdı
İran nüvə silahını terrorçu qruplaşmalara ötürməyi planlaşdırırdı.
Bakupost.Az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Onun sözlərinə görə, bu, nüvə terrorizmi olacaq və bütün dünyanı təhdid edəcəkdi.
"Özümüzü müdafiə etməklə biz başqalarını da müdafiə edirik: ərəb qonşularımızı, dünyadakı dostlarımızı, Avropanı və əlbəttə ki, bizi dəstəkləyən ABŞ-ni. Bu, bütün bəşəriyyət üçün əhəmiyyətli olan bir missiyadır.
Onu da deyim ki, bizdə məlumat var ki, İranda yüksəksəviyyəli liderlər artıq əşyalarını yığırlar. Onlar qarşıdan nəyin gəldiyini hiss edirlər", - İsrailin baş naziri bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru