Şakira ABŞ-yə nə üçün köçdüyündən danışıb

15-06-2025, 12:59           
Şakira ABŞ-yə nə üçün köçdüyündən danışıb
Kolumbiyalı müğənni Şakira ABŞ-yə köçməsi və bu ölkədə mühacir kimi yaşaması təcrübəsindən danışıb.

Bu barədə Oxu.Az BBC telekanalına istinadla xəbər verir.

Şakira ABŞ-də mühacirlərin daim qorxu içində yaşadıqlarını bildirib. Müğənni ABŞ-yə gələn insanlara ədalət və azadlıq prinsipləri əsasında rəftar ediləcəyinə ümid etdiyini söyləyib. O qeyd edib ki, müasir dövlətlərin çoxu immiqrantların zəhməti sayəsində qurulub.

Müğənni ingilis dilində mahnı oxumaq məqsədilə 19 yaşında ABŞ-yə gəldiyini deyib. O, həmin vaxt ingilis dilini bilmədiyini etiraf edib.

Şakira, həmçinin bildirib ki, mühacirlər humanist münasibətə nail olmaq üçün birləşməlidirlər. O hesab edir ki, Ağ Evin immiqrasiya siyasətini dəyişmək hüququ var, lakin bu zaman əcnəbilərlə ləyaqətlə davranılmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru