Xarici KİV-in yaydığı məlumata görə, ABŞ yeni istehsal etdiyi döyüş robot-gəmisшni sınaqdan keçirməyə başlayıb (Exo Moskvı).
İlkin mərhələdə «Dəniz ovçusu» adlandırılan robot-gəmi ekipajla üzəcək. Komanda gəmi-robotun insan müdaxiləsi olmadan saz vəziyyətdə fəaliyyət göstərə bildiyinə əmin olmalıdır.
Uzunluğu 40 metr olan gəmi kamera və radarla təchiz olunub. Onun əsas təyinatı avtomat rejimdə sualtı qayıqları aşkar etməkdən ibarətdir.
Ekspertlər qeyd edirlər ki, gəminin istehsalına çəkilmiş xərc təəccüb doğuracaq qədər böyükdür. Belə ki, yeni gəmi-robot 120 milyon dollara başa gəlib. Bir gəmi isə orta hesabla, 20 milyon dollara başa gəlir. Amma onu da nəzərə almaq lazımdır ki, robot-gəmi üçün ekipaj və onun saxlanmasına xərc tələb olunmur.