Şri-Lanka prezidenti ailəsi ilə birlikdə ölkəni tərk etdi

13-07-2022, 09:01           
Şri-Lanka prezidenti ailəsi ilə birlikdə ölkəni tərk etdi
Şri-Lanka prezidenti Qotabaya Rajapaksa rəsmən istefaya getməzdən bir müddət əvvəl ölkəni tərk edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "CNN" televiziya kanalı yüksək rütbəli təhlükəsizlik xidmətinin zabitinə istinadən bildirib.

Məmurun sözlərinə görə, Q.Rajapaksa həyat yoldaşı ilə Şri-Lanka Hərbi Hava Qüvvələrinin "An-32" hərbi-nəqliyyat təyyarəsi ilə Maleyə (Maldiv adaları) uçub.

Daha əvvəl bildirilmişdi ki, Q.Rajapaksa bu həftə rəsmən istefa verəcək, parlamentarilər isə iyulun 20-də yeni prezidenti seçəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru