Rus ordusu Suriyada nə vaxta qədər qalacaq? — Rəsmi

5-05-2016, 10:30           

Rusiyanın Müdafiə Nazirliyi hərbi bazasının Suriyada nə vaxta qədər qalacağını açıqlayıb.

Ölkə.Az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov İŞİD və Cəbahat ən-Nusra terror təşkilatlarının tam məhv edildiyi vaxta qədər rus hərbçilərinin Suriyada qalacaqlarını bildirib.

"Suriya ərazisinin böyük bir hissəsi bu qruplaşmaların nəzarəti altında idi. Hazırda Suriya ordusu Rusiya aviasiyasının köməyi ilə ölkənin böyük bir hissəsini bu terrorçulardan təmizləyib. Hələbdə isə atəşkəsin pozulmasının məsuliyyəti yenə müxalif qruplaşmaların üzərinə düşür", deyə Konaşenkov bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.