Conson Britaniyanın baş naziri postuna qayıtmağa hazırlaşır

24-07-2022, 19:49           
Conson Britaniyanın baş naziri postuna qayıtmağa hazırlaşır
Britaniya hökumətinin səlahiyyətlərini başa vuran rəhbəri Boris Conson gələcəkdə yenidən baş nazir postunu tutacağını gözləyir.

Pravda.az xəbər verir ki, bu barədə bu gün “The Sunday Times” qəzeti baş nazirin ofisindəki mənbələrə istinadən məlumat verir.

“O hesab edir ki, hakimiyyətə hər hansı bir yenisinin gəlişi fəlakətli ola bilər. Və ümumi seçkilərdə mühafizəkarların məğlubiyyətindən bir neçə il sonra biz bura - Dauninq-stritə qayıda biləcəyik”, - mənbə bildirib.

“The Sunday Times” yazır ki, Conson istefasına səbəb olan bir sıra qalmaqallara baxmayaraq, sadiq tərəfdarları olaraq qalır. Qəzet vurğulayır ki, baş nazirə qarşı çıxan bəzi deputatlar yaşadıqları rayon sakinlərindən qəzəbli məktublar alırlar.

Qeyd edək ki, iyulun 20-də parlamentdə sonuncu dəfə çıxış edən Consonun özü Britaniya siyasətində aparıcı rollara mümkün qayıdışa işarə edib. O, missiyasının “indiyə qədər əsasən yerinə yetirildiyini” deyib və həmkarları ilə "Terminator 2" filmindəki ifadə ilə “Sonra görüşənədək, balam!” sözləri ilə vidalaşıb (Hasta la vista, baby!).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru