Kiyev və Moskva danışıqlar masasına oturur?-Lavrov açıqladı

24-07-2022, 21:25           
Kiyev və Moskva danışıqlar masasına oturur?-Lavrov açıqladı
“Rusiyanın Ukrayna ilə geniş spektrli məsələlər üzrə danışıqların bərpası ilə bağlı heç bir qərəzli niyyəti yoxdur, lakin Kiyevdə Rusiya Federasiyası üzərində hərbi qələbəyə ilkin ehtiyac olduğunu bəyan edirlər”.

Cebhe.info xəbər verir ki, bunu bazar günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov Misirin xarici işlər naziri Sami Şükri ilə danışıqların yekununda deyib.

“Bizim geniş spektrli məsələlər üzrə danışıqların bərpasına qərəzli münasibətimiz yoxdur, lakin bu, bizdən asılı deyil. Çünki Ukrayna hakimiyyəti Prezidentdən tutmuş çoxsaylı müşavirlərinə qədər deyir ki, Ukrayna Rusiyanı məğlub etməyincə heç bir danışıqlar aparılmayacaq”,- deyə Lavrov əlavə edib.

Rusiya ümid edir ki, BMT-ninBbaş katibi Antonio Quterreş taxıl əməliyyatlarının həyata keçirilməsinə mane olan sanksiyalar məsələsini həll edə biləcək.

“Rusiyaya qarşı tətbiq edilən və Rusiya taxılıyla əməliyyatların həyata keçirilməsinə mane olan o qeyri-qanuni sanksiyalar, o cümlədən sığorta, gəmilərimizin xarici limanlara və xarici gəmilərin Rusiya limanlarına daxil olmasının əngəllənməsi buna mane olur. İndi İstanbulda müqavilələr imzalandıqdan sonra Baş katib bu qeyri-qanuni məhdudiyyətlərin aradan qaldırılması üçün cəhd edir. Biz onun uğur qazanacağına ümid edəcəyik",- deyə nazir vurğulayıb.

Xəzər
Cebhe.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru