Ukrayna DİN: “Belarus hərbi təcavüzə çoxdan qoşulub”

25-07-2022, 08:20           
Ukrayna DİN: “Belarus hərbi təcavüzə çoxdan qoşulub”
"Kiyev Belarusun Ukraynaya qarşı müharibədə iştirakının ən pis ssenarilərinə hazırlaşır”.

"Report” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin deyib.

Onun sözlərinə görə, Lukaşenko indiyədək Ukraynaya qarşı hərbi əməliyyatlarda böyük iştirakdan yayınmasına baxmayaraq, Belarusun rolu daha da aktivləşə bilər.
"Belarus hakimiyyəti artıq öz ərazilərini qoşunların tranziti, raket və artilleriya atəşi, yaralıların müalicəsi və hətta Rusiya tərəfindən qənimətlərin götürülməsi üçün təmin edib. Bütün müharibə qanunlarına görə, Belarus hərbi təcavüzə çoxdan qoşulub”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru