“Farnborough 2022”: “Raytheon” “PhantomStrike” radarını 2025-ci ilə qədər ixrac etmək istəyir

25-07-2022, 10:15           
“Farnborough 2022”: “Raytheon” “PhantomStrike” radarını 2025-ci ilə qədər ixrac etmək istəyir
ABŞ-ın “Raytheon” şirkəti “PhantomStrike” aktiv elektron skanedən antenna (AESA) radarını 2025-ci ilə qədər ixraca hazır etməyi planlaşdırır. Ordu.az “Janes” nəşrinə istinadən xəbər verir ki, bu barədə şirkət nümayəndələri Britaniyada keçirilən “Farnborough 2022” beynəlxalq aviasiya sərgisində məlumat verib.

“Raytheon Intelligence & Space” şirkətinin prezidenti Erik Ditmars bildirib ki, şirkət 2025-ci ilə qədər radarı ixrac etmək niyyətindədir və sistemi 2023-cü ilin sonu və ya 2024-cü ilin əvvəli xüsusi platformalara inteqrasiya etməyi planlaşdırır.

Ditmars bildirib ki, “PhantomStrike” AESA radarları yüngül hücum təyyarələri, fırlanan qanadlı təyyarələr, Pilotsuz Uçuş Aparatları (PUA) və stasionar platformalar üçün nəzərdə tutulmuş yığcam, kiçik ölçülü platformadır.

İki ölçüdə mövcuddur. Kiçik ölçülü radarın çəkisi təxminən 45 kq, orta ölçülü radarın çəkisi isə təxminən 54 kq-dır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru