“Ukraynaya qarşı müharibədə Rusiya məğlub olmalıdır” - Duda
25-07-2022, 11:34
Ukraynaya qarşı müharibədə Rusiya məğlub olmalıdır, bizim ölkəmiz isə azad dünyanın bir hissəsi olmalıdır.
Bu barədə Polşa Prezidenti Anjey Duda birinci ledilərin və centlmenlərin sammitində bəyan edib.
«Mən, çox ümid edirəm ki, Ukrayna tezliklə azad olacaq, çox tezliklə bərpa olunacaq və dünyanın ən ecazkar, müasir ölkələrindən birinə çevriləcək. Başlıcası odur ki, indi rusiyalılar hərbi nöqteyi-nəzərdən məğlub olsunlar, Ukrayna isə azad dünyanın bir hissəsi olsun» - o, deyib.
Duda həm də Ukrayna əsgərlərinin qəhrəmanlığını qeyd edib və deyib ki, onlar sayca çox olan rusiyalı işğalçılara qarşı mərdliklə dayanırlar.
«Necə olursa olsun, biz, ukraynalılara köməyi davam etdirəcəyik, bu, bizim üçün ən vacib məsələdir» - o, qeyd edib.